Diş Minası Nədir və Niyə Saralır? (Günahkar Təkcə Siz Deyilsiniz)Əvvəlcə dərk etməliyik ki, dişin quruluşu necədir. Dişimizin ən üst təbəqəsi olan "mina" (enamel) bədənimizdəki ən sərt maddədir. Sümükdən belə sərtdir. Amma kənardan şüşə kimi hamar görünsə də, əslində mikroskop altında baxanda onun süngər kimi məsaməli, dəlikli bir quruluşu olduğunu görərsiniz.
İllər keçdikcə nə baş verir? O məsamələrin içinə bizim həyat tərzimiz dolur. İçdiyimiz o tünd Azərbaycan çayı, səhərlər ayılmaq üçün içdiyimiz kofelər, qırmızı şərab, nar şirəsi, rəngli qidalar və təbii ki, siqaret tüstüsü... Bunların tərkibindəki rəngli piqmentlər girir o minanın məsamələrinə, yerləşir orda. Fırçalayırsınız, sürtürsünüz, amma getmir. Çünki o ləkə artıq dişin səthində deyil, içinə hopub. Üstəlik, yaşa dolduqca minamız öz-özlüyündə nazilir və altındakı sarı rəngli "dentin" təbəqəsi daha çox üzə çıxmağa başlayır. Yəni saralma tamamilə təbii, qaçılmaz bir prosesdir.
Ağartma (Bleaching) Prosesi Necə İşləyir? Sehr Yoxsa Elm?Bəs biz Lovely Dent-də nə edirik o saralmış dişlərə? Klinikamıza gəldiyiniz zaman istifadə etdiyimiz o xüsusi gellərin içində "hidrogen peroksid" və ya "karbamid peroksid" adlanan aktiv maddələr var. Bu maddələr dişin səthinə çəkildikdə və xüsusi lazer işığı ilə aktivləşdirildikdə, parçalanaraq təmiz oksigen buraxır.
Baxın məsələ burasındadır! O sərbəst qalan oksigen molekulları diş minasının o süngər kimi məsamələrindən içəri sızır. Orada illərdir taxt qurub oturmuş o qəhvəyi, sarı piqmentləri (ləkələri) tapır və onların kimyəvi bağlarını qırır, parçalayır, rəngsizləşdirir.
Yəni proses tamamilə kimyəvi bir təmizlənmədir, fiziki yonulma deyil!
Ən Böyük Sual: Diş Minasına Zərər Verirmi?Qəti və net cavab veririk:
XEYR! Peşəkar bir stomatoloq tərəfindən, klinik şəraitdə, düzgün doza və keyfiyyətli materiallarla edilən diş ağartma (bleaching) prosedurunun diş minasına heç bir, amma heç bir qalıcı zərəri yoxdur. Bunu sadəcə biz demirik, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Amerika Stomatoloqlar Assosiasiyası (ADA) və onilliklərlə aparılan elmi tədqiqatlar deyir.
Ağartma gelləri dişin strukturunu, kalsiumunu, fosforunu əritmir. Sadəcə və sadəcə içindəki rəng piqmentlərini yox edir.
Bunu saç boyamaqla müqayisə edə bilərsiniz. Gedib bazardan ən ucuz, mənşəyi məlum olmayan rəng açıcını (sarıldıcını) alıb evdə özünüz saçınıza vursanız nə olar? Saçınız yanar, qırılar, rezin kimi uzanar. Amma gedib Bakının ən premium, ən peşəkar salonunda, ən keyfiyyətli materiallarla bu işi gördürsəniz, saçınız həm gözəl rəng alar, həm do sağlam qalar. Diş ağartma da tam olaraq belədir. Əgər proses həkim nəzarətindədirsə, təhlükəsizlik 100%-dir.
Əsl Təhlükə Haradadır? Ev Üsulları və "Nənə Reseptləri"Bəs onda niyə insanlar "dişim xarab oldu" deyirlər? Çünki ucuza qaçırlar! İnternetdə qabaqlarına çıxan o mənasız "evdə ağartma" videolarına inanırlar.
Evdə limon suyunu soda (karbonat) ilə qarışdırıb dişinə sürtənlər var. Dəhşətdir! Soda mikroskopik səviyyədə bir zımpara kağızı kimidir, diş minasını cızır, cızır, cızır... Limon isə güclü turşudur, o cızılmış minanı əridir. Bəli, o an baxırsınız ki, "Aaa, dişim ağardı". Əslində ağarmadı, siz sadəcə minanızın ən üst təbəqəsini yonub atdınız! Bir müddət sonra o cızıqların içinə daha çox çay, kofe ləkəsi dolacaq və dişiniz əvvəlkindən də betər, qapqara olacaq. Üstəlik, geri dönüşü olmayan mina itkisi yaşayacaqsınız.
Eyni şey marketlərdə satılan o "ağardıcı", içi qara kömürlə dolu məcunlar üçün də keçərlidir. Onların əksəriyyəti çox yüksək abrazivliyə (yonuculuğa) sahibdir. Gündəlik istifadəsi minanı məhv edir. Zərər verən klinika deyil, zərər verən sizin öz başınıza etdiyiniz bu cəhdlərdir.
Həssaslıq Zərər Deməkdirmi? (O Sızıldayan Anlar)Bəzən pasiyentlər prosedurdan sonra deyirlər: "Həkim, dişimdə sızıltı var, soyuq su içəndə göynəyir, deməli zərər gördü". İnanmayın bu məntiqə. Həssaslıq zərər demək deyil.
Bayaq dedik axı, gel dişin məsamələrini açır, oksigen içəri girir. O məsamələr açıq olanda, dişin daxilindəki sinirlər bayırdakı istiyə-soyuğa qarşı müvəqqəti olaraq həssaslaşır. Bu, tamamilə normal, gözlənilən və müvəqqəti bir reaksiyadır. Cəmi 24-48 saat ərzində o məsamələr tüpürcəyinizin tərkibindəki minerallarla yenidən dolur, bağlanır və həssaslıq bıçaq kimi kəsir.
Biz Lovely Dent-də bu qısamüddətli sızıltını belə minimuma endirmək üçün əməliyyatın sonunda dişlərə xüsusi flor (fluoride) gelləri və "desensitizer" (həssaslıq götürücü) tətbiq edirik. Pasiyentlərimizin çoxu heç o sızıltını hiss etmir belə.
Kimlərə Diş Ağartma Olmaz? (Şəffaflıq Prinsipimiz)Bizim klinikada "gəl, pulunu ver, dərhal ağardım" söhbəti yoxdur. Biz əvvəlcə müayinə edirik. Çünki hər kəsə bu prosedur edilməz.
- Ağır çürükləri olanlar: Əgər dişdə deşik, çürük varsa, o ağardıcı gel birbaşa sinirə gedib çatar, insanı ağrıdan öldürər. Əvvəl çürüklər plomblanmalı, sonra ağardılmalıdır.
- Diş əti xəstəlikləri olanlar: Diş əti qanayırsa, iltihablıdırsa, əvvəlcə o müalicə olunmalıdır.
- Diş kökü açıqda olanlar: Diş əti çəkilməsi varsa, açıqda qalan kök hissəsində mina təbəqəsi olmur. Ora gel dəyərsə dəhşətli həssaslıq verər.
- Hamilələr və 18 yaşından kiçiklər: Sırf ehtiyat tədbiri olaraq məsləhət görülmür.
Bunlardan əlavə, bilməlisiniz ki, ağartma proseduru SÜNİ dişləri (plombları, zirkonları, vinirləri) ağartmır! Yalnız insanın öz təbii dişlərinə təsir edir.
Bakıda Diş Ağartma: Niyə Məhz Lovely Dent?Bilirsiniz, Bakıda diş ağartma qiymətləri çox fərqlidir. Təkliflər çoxdur. Amma bizim fərqimiz yanaşmamızdadır. Biz prosesə yalnız estetik bir toxunuş kimi yox, tibbi bir məsuliyyət kimi yanaşırıq.
Klinikamıza daxil olanda, sizi gülərüz komandamız qarşılayır. Sizi narahat edən heç bir səs, qorxu olmur. Kresloya əyləşirsiniz. İlk işimiz dişlərinizi professional şəkildə (Airflow ilə) təmizləmək olur. Çünki diş daşlarının, ərpin üstünə gel sürtmək mənasızdır, o gel daşı keçib dişə çata bilməz. Təmizlədikdən sonra diş ətləriniz xüsusi, işıqla sərtləşən baryerlə (gingival barrier) tamamilə örtülür. Yəni o güclü gel sizin damağınıza bir damla belə toxunmur, yandırmır.
Daha sonra dünyanın ən qabaqcıl, ən güvənilən markalarının gellərini tətbiq edirik. Lazer işığı altında 15 dəqiqəlik 2 və ya 3 seansla prosesi tamamlayırıq. Təxminən 1 saatlıq prosedurun sonunda güzgünü əlinizə alanda o "Vau!" reaksiyasını görmək bizim üçün ən böyük mükafatdır. Dişlər struktrundan asılı olaraq 3 tondan 8 tona qədər ağarır.
Ağartmadan Sonra "Ağ Pəhriz" (Bunu Etməsəniz, Boşa Gedər!)Prosedur bitdi, getdiniz evə. Bununla iş bitmir! İlk 48 saat çox, amma çox kritikdir. Dişin məsamələri açıq olduğu üçün indi nə yesəniz, dərhal canına çəkəcək. Bu müddət ərzində biz sizə
Ağ Pəhriz (White Diet) tutmağı tapşırırıq. Nədir bu? Ağ köynəyinizə düşəndə ləkə salan heç nəyi yemirsiniz və içmirsiniz! Çay, kofe, rəngli qazlı içkilər, pomidor pastası (tomat), qırmızı şərab, nar, şokolad, və təbii ki, SİQARET – qəti qadağandır. Süd, qatıq, toyuq əti, düyü, makaron (soussus) kimi ağ qidalarla qidalanmalısınız. Əgər bu 2 günə dözsəniz, o bəyazlıq sizinlə 1-2 il bərabər qalacaq.
Uzun Sözün Qısası...Gülüşünüz sizin vizit kartınızdır. İnsanlarla ünsiyyət qurarkən, iş görüşmələrində, ya da sadəcə foto çəkdirərkən ağzınızı əlinizlə gizlətmək, dodaqlarınızı sıxmaq məcburiyyətində deyilsiniz. Bu böyük bir psixoloji yükdür.
Texnologiya bu qədər inkişaf edib, tibb bu qədər irəliləyib. Diş minasına zərər vurmadan, cəmi 1 saat içində illərin o sarı, yorğun ləkələrindən qurtulmaq mümkündürsə, niyə də etməyəsiniz? "Zərərlidir" deyib qorxu yayan o əfsanələrə yox, elmə və mütəxəssislərə inanın.
Əgər siz də Bakıda ən güvənilən, ən effektiv və sağlamlığınıza zərrə qədər zərər verməyəcək bir diş ağartma təcrübəsi yaşamaq istəyirsinizsə,
Lovely Dent-in qapıları sizin üzünüzə hər zaman açıqdır. Bizimlə əlaqə saxlayın, konsultasiyaya gəlin. Gəlin baxaq görək dişləriniz ağartmağa uyğundurmu? Əminik ki, klinikamızı tərk edəndə güzgülərlə barışacaq, hər kəsə doya-doya, çəkinmədən o bəyaz gülüşünüzü nümayiş etdirəcəksiniz! Təxirə salmayın o gözəl təbəssümü!